Salyanda yol qəzası nəticəsində bir nəfər yaralanıb
Hadisə
- 23 avqust, 2015
- 05:05
Bakı. 23 avqust. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində, Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil qarşıda hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. "Mercedes"in sürücüsu xəsarətsiz ötüşsə də, yanındakı sərnişin, Lerik rayon sakini, 1973-cü il təvəllüdlü Qorxmaz Mustafayev yaralanıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:52
"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
İKT06:23
Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib
Digər ölkələr05:34
Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
Region05:06
Foto
Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub
Xarici siyasət04:46
Malayziya futbol klubu məğlubiyyətsizlik seriyası üzrə dünya rekordu müəyyənləşdirib
Futbol04:08
NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir
Digər ölkələr03:55
Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
Digər ölkələr03:24
ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
Digər ölkələr02:36