NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir

Digər ölkələr
  • 22 avqust, 2026
  • 04:08
NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir

Alyansın şərq cinahındakı bir neçə NATO ölkəsi ABŞ-yə Avropadakı hərbi kontingentinin saxlanması xərclərini azaltmağa imkan verəcək tədbirlər təklif edəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Onlar öz ərazilərində yerləşdirilmiş Amerika hərbçiləri üçün xərcləri azaltmağı təklif edəcəklər ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi mövcudluğunu azaltmaq qərarına gəlməsin.

Qeyd olunub ki, bu təklif avqustun 27-də Brüsseldə NATO nümayəndələrinin ABŞ hərbi nazirinin hərbi-siyasi məsələlər üzrə müavini Elbric Kolbi ilə görüşünə hazırlanır.

Hazırda Avropada 80-100 minə yaxın Amerika hərbçisi dislokasiya olunub. Onların üçdə birindən çoxu Almaniyada yerləşdirilib.