Salyanda şirkətdən oğurluq edən şəxs tutulub

Hadisə
  • 07 iyul, 2017
  • 07:28
Salyanda şirkətdən oğurluq edən şəxs tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ Salyan rayonunun Çadırlı kəndi ərazisində şirkətlərdən birinə məxsus 200 metr su borusu oğurlanıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qaraçala kənd sakini Şərəf Mikayılov tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.