Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB-3

Futbol
  • 23 sentyabr, 2026
  • 21:54
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB-3

Azərbaycan millisi Tacikistana yoldaşlıq matçında qalib gəlib.

"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən oyun Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

Azərbaycan - Tacikistan yoldaşlıq matçında hesab açılıb.

"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə Azərbaycan millisi hesabda önə keçib - 1:0.

58-ci dəqiqədə Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Azərbaycan - Tacikistan yoldaşlıq matçında ikinci hissə başlayıb.

"Report" un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən matçda ilk hissədən sonra hesab açılmayıb.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Azərbaycan - Tacikistan yoldaşlıq matçında ilk hissə başa çatıb

"Report" un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən matçda hesab açılmayıb.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Azərbaycan - Tacikistan yoldaşlıq matçına start verilib.

"Report"un məlumatına görə, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

44 - Tezliklə