Salyanda baş verən qəzada xəsarət alan beş nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
- 13 aprel, 2026
- 22:36
Salyan rayonunda baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.
Bu barədə "Report"un Aran bürosuna Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi səbəbilə 13.04.2026-cı il tarixində saat 19:20 radələrində 5 nəfər (4 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - xəstəxanadan bildirilib.
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Mersedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Bədəlova Vüsalə Səməd qızı, 1972-ci il təvəllüdlü Bədəlov Rəfail Əvəz oğlu, 2002-ci il təvəllüdlü Bədəlov Həsən Rəfail oğlu, 1967-ci il təvəllüdlü Axundov Elşən Şəmsəddin oğlu və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü İsmayılov Füzuli Ramazan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.