Salyanda bir nəfəri elektrik cərəyanı vurub
Hadisə
- 17 iyul, 2016
- 09:07
Bakı. 17 iyul. REPORT. AZ/ Salyan rayonunda yanğın hadisəsi olub. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.
Belə ki, kənddə vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib. Yanğın zamanı qoşquya yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.
Hadisə zamanı bir nəfəri cərəyan vurması nəticəsində müxtəlif bədən xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi o, vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.
Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
23:21
Türkiyə ordusu Qara dənizdə şübhəli cisimləri məhv edib
Region23:15
YDP Şimali Kipr hökumətindən ayrılıb
Region22:55
Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb
Digər ölkələr22:44
Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib
Digər ölkələr22:38
AHİK Səhiyyə RK: "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir"
Sağlamlıq22:32
"Napoli" klubu futbolçusu Covanni Di Lorenso ilə müqavilənin müddətini uzadıb
Futbol22:16
Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb
Hadisə21:50
ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib
Digər ölkələr21:45