Salyandakı avtoqəzada xəsarət alan altı nəfərin kimliyi məlum olub – YENİLƏNİB
- 07 oktyabr, 2025
- 16:55

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Kürsəngi kəndi ərazisində "VAZ-2107" markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri - 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Oruc oğlu, 1996-cı il təvəllüdlü Cəfərova Aytəkin Hafiz qızı, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı və 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğludur.
Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir da qəza nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Salyan rayonunda baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır