Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib

Hadisə
  • 18 avqust, 2023
  • 05:21
Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib

Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib.

“Report”un xəbərinə görə, hadisə rayonun Parça Xalac kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1957-ci il təvəllüdlü G.Səmədova uzun xəstəliklə əlaqədar sirkə turşusu içərək özünü öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.