Salyanda 24 yaşlı gənc bıçaqlanıb

Hadisə
  • 29 aprel, 2019
  • 19:28
Salyanda 24 yaşlı gənc bıçaqlanıb

Salyan rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Xıdırlı kəndində baş verib. 

1995-ci il təvəllüdlü Paşayev Ruslan Akif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq zərbəsi alan yaralı paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, əməliyyat edilib.

Daha əvvəl Salyanda orta yaşlı qadın intihar edib.