Bakıda yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 07 yanvar, 2020
  • 17:18
Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Sadıqov İlqar İngibar oğlu və 2000-ci il təvəllüdlü Əliyeva Tahirə Tahir qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Sadıqova döş qəfəsinin əziyi, T.Əliyevaya isə sol gicgah nahiyəsinin əziyi diaqnozları qoyulub.