Şabranda yaşayış yerini tərk edən koronavirus xəstəsinə xəbərdarlıq edilib
Hadisə
- 23 noyabr, 2020
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.
Lakin həmin şəxs yaşayış yerini tərk edərək vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Son xəbərlər
20:39
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xarici siyasət
20:36
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Sosial müdafiə
20:23
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
Energetika
20:06
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Region
20:02
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
Region
19:50
Mikayıl Cabbarov: Azərbaycan və Türkmənistanın əməkdaşlığı Orta Dəhlizin səmərəliliyini artırır
Xarici siyasət
19:48
Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu, 2027-ci ilin əvvəlinə planlaşdırılır
Xarici siyasət
19:47
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Fərdi
19:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq
Xarici siyasət