​Şabranda ağır yol qəzası baş verib, sürücü ölüb

Hadisə
  • 04 iyun, 2015
  • 19:41
​Şabranda ağır yol qəzası baş verib, sürücü ölüb

Bakı. 05 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şabran rayonunda ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Ağalıq kəndində 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol-nəqliyyat hadisəsi baş verib.

FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan E.Osmanovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.