Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb - YENİLƏNİB
- 02 mart, 2018
- 19:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad. 2 mart. REPORT.AZ/ Sabirabad rayonunda baş verən zəncirvari qəzada xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı İmişli sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Sayad Böyükkişi qızı, 1987-ci il təvəllüdlü Məmmədova Aybəniz Ələsgər qızı, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Eyvaz oğlu və 1990-cı il təvəllüdlü Yusif Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Y.Hüseynov polis əməkdaşıdır və vəziyyəti ağır olduğundan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.
***23:06
Sabirabad. 2 mart. REPORT.AZ/ Sabirabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb.
Biri “VAZ-2017”, ikisi “Mercedes” markalı avtomobil olmaqla baş verən qəzada 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.