Sabirabadda avtomobil atı vurub, sürücü və çapar xəsarət alıb - FOTO
Hadisə
- 15 avqust, 2018
- 15:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad. 15 avqust. REPORT.AZ/ Sabirabad rayonunda avtomobil atı vurub.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya qeydiyyatında olan “Hyundai” markalı Р 640 УН 72 dövlət nömrə nişanlı mikroavtobus atı vurub. Nəticədə atın üstündə olan Qaragüney kənd sakini, 2001-ci il təvəllüdlü Mirzağa Əbülfət oğlu İsrafilov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan Rusiya vətəndaşı olan sürücüyə hadisə yerində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr