Sabirabadda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb
Hadisə
- 12 oktyabr, 2015
- 12:34
Bakı. 12 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb. “Report” xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Əli Rəhim oğlu Quliyev evdə oynayarkən vedrədə qaynadılmış isti su üstünə tökülüb. Ağır yanıq xəsarətləri alan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Son xəbərlər
02:07
Yəmən hərbçiləri Bab əl-Məndəbdə husilərin qayığını və minasını zərərsizləşdirib
Digər ölkələr01:55
"DTEK Naftoqaz" Rusiyanın hücumlarından sonra qaz hasilatını qismən dayandırıb
Digər ölkələr01:25
Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
Digər ölkələr00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21
İran istənilən neft ixrac marşrutuna hücuma hazır olduğunu bildirib
Region23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00