Saatlıda yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB
- 26 sentyabr, 2018
- 04:39
Saatlı. 26 sentyabr. REPOT.AZ/ Saatlı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Sarıcalar yolu ərazisində baş verən qəza zamanı rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb.
Hadisə zamanı iki nəfərin ağır bədən xəsarələri aldığı bildirilir. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***23:41
Saatlı. 25 sentyabr. REPOT.AZ/ Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, ilkin məlumatalara görə, "Jeep" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq qarşı tərəfədən gələn "QazEL" markalı yük maşını ilə toqquşub. Nəticədə ölən və yaralananların olduğu bildirlir.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət səbəb olub.