Saatlıda silahlı insident olub - YENİLƏNİB-2

Hadisə
  • 27 iyul, 2019
  • 08:21
Saatlıda silahlı insident olub - YENİLƏNİB-2
Daxili İşlər Nazirliyi

Saatlı rayonunda həmkəndlisini odlu silahla qətlə yetirən şəxs özünü həmin silahla öldürüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Bəylər kənd sakini Füsət Məhərrəmov həmkəndlisi M.Həsənovun evinə gələrək onunla mübahisə edib. Daha sonra münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


*** 11:38

Saatlı rayon sakini öz evində güllələnərək qətlə yetirilib. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Bəylər kənd sakini  Mübariz Həsənov yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb. 

Onun kim tərəfindən və hansı səbəblə öldürüldüyü hələlik məlum deyil. 

M.Həsənovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış qrupu yaradaılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 10:23

Saatlı rayonunda silahlı insident olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Bəylər kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin ərazisində baş verən insident zamanı 2 nəfərin öldüyü bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqabnalrının əməkdşaları cəlb olunub. 

Ölən şəxslərin adları və hadisənin başvermə səbəbləri dəqiqləşdirlir.