Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib

Hadisə
  • 19 avqust, 2018
  • 13:28
Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib

Saatlı. 19 avqust. REPORT.AZ/ Saatlıda intihar hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, rayonun 1951-ci il təvəllüdlü Qoçubəyli kənd sakini İsgəndərov Mərdəli Sədulla oğlu özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.