Rusiyadan Azərbaycana gələn avtomobil qəzaya uğrayıb - FOTO

Hadisə
  • 13 sentyabr, 2016
  • 19:43
Rusiyadan Azərbaycana gələn avtomobil qəzaya uğrayıb - FOTO

Xudat. 13 sentyabr. REPORT.AZ/ Rusiya Federasiyasından Azərbaycana gələn minik avtomobili qəzaya uğrayıb.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza Xudat şəhəri ərazisində baş verib.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Novruzov Ruslan Dövlətxan oğlunun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Sürücü yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.