​25 yaşlı azərbaycanlı Rusiyada polis serjantını qətlə yetirib - FOTO

Hadisə
  • 28 may, 2015
  • 16:38
​25 yaşlı azərbaycanlı Rusiyada polis serjantını qətlə yetirib - FOTO

Bakı. 28 may. REPORT.AZ/ Ötən gün Moskvada polis əməkdaşı Andrey Bannovı qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Moskvanın cənubunda kiçik polis serjantı Bannovun qətlində şübhəli bilinən 1990-cı il təvəllüdlü azərbaycanlı Rəşidov Nemət İlham oğlu axtarışa verilib.

Moskva polisinin bütün şəxsi heyəti şübhəli şəxsin axtarışına cəlb olunub.