Bakıda “Quli” ləqəbi ilə tanınan narkotacir saxlanılıb
- 28 iyul, 2020
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
"Report"un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.
Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellofanda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.