Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Hadisə
- 26 iyun, 2017
- 08:05
Bakı. 26 iyun. REPORT.AZ/ Ötən gecə Qubada baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gecə Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.
Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
18:28
Dehlidə yataqxana binası uçub, ölənlər var
Digər ölkələr18:20
Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub
Fərdi18:10
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi17:55
Antalyada meşəlik ərazidə yanğın başlayıb
Region17:23
FIFA İnfantinonun 2027-ci il seçkilərində iştirakını təsdiqləyib
Futbol17:07
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib
Digər ölkələr16:55
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Energetika16:42
ABŞ İranın blokadasının bərpasından bəri 92 gəminin istiqamətini dəyişdirib
Digər ölkələr16:28