Qırğız Respublikasının Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq
- 05 dekabr, 2018
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.
“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib. Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.
Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.