Anasını odun parçası ilə öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
- 28 dekabr, 2023
- 03:07
Dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon prokurorluğundan "Report"a daxil olan məlumata görə, araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Son xəbərlər
16:18
"Azərkosmos"un Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının üzvü seçilib
İKT16:16
Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində iş yekunlaşır
Turizm16:14
Azərbaycan və Slovakiya investisiyaların təşviqinə dair saziş imzalamağı planlaşdırır - YENİLƏNİB
Xarici siyasət16:13
Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub
Komanda16:07
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib
İKT16:07
Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edilib
Daxili siyasət16:03
Foto
Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətə başlamasından 30 il ötür
Elm və təhsil16:02
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
İnfrastruktur15:57