Qazaxıstan sərhədçiləri Azərbaycanın 4 vətəndaşını saxlayıb

Hadisə
  • 27 fevral, 2015
  • 05:59
Qazaxıstan sərhədçiləri Azərbaycanın 4 vətəndaşını saxlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Qazaxıstan sərhədçiləri Xəzər dənizində  brakonyerliklə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir. 

"Sahil mühafizəsi" regioanl idarənin dəniz sərhədçiləri Xəzər dənizində brakonyerlik edən 4 Azərbaycan vətəndaşını saxlayıb", - Qazaxıstan Sərhəd Xidməti mətbuat xidmətinin məlumatında deyilir. 

Onların verdiyi məlumata görə, "Sakşı" sərhəd gəmisini gördükdə sərhədi pozan şəxslər qaçmağa cəhd ediblər. Köməyə sərhəd aviasiyası, Mİ-28 gəlib və şübhəli şəxslər saxlanılıb. 

Saxlanma faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, filtrasiya tədbirləri görülür.