Qazaxdan Ağstafaya heyvan otarmağa gələn qadını ilan sancıb

Hadisə
  • 26 oktyabr, 2017
  • 19:56
Qazaxdan Ağstafaya heyvan otarmağa gələn qadını ilan sancıb

Ağstafa. 26 oktyabr. REPORT.AZ/ Ağstafada ilansancma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Daş Salahlı kəndindən ailəsilə birgə Ceyran Çöl adlanan ərazidə heyvanlarını otarmaq üçün Ağstafaya gedən Qazax sakininin başına gəlib.

1968-ci il təvəllüdlü Gültəkin Əlosman qızı Süleymanova heyvanları rahatlamaq üçün həyətə çıxan zaman ayağından ilan sancıb.

Qadın dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə