Qazaxda yas mərasiminə gedən qadını avtomobil vurub
Hadisə
- 07 oktyabr, 2019
- 18:20
Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Cavanşir Əmiraslanov "Mercedes-Benz" markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə Qazax rayonuna yas mərasiminə gedən, Ağstafa rayon Qırlı kənd sakini, 1975-ci il təvəllüdlü Gülşən Tağıyevanı vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər.
Piyadanın vəziyyətinin orta-ağır, sürücünün isə koma vəziyyətində olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11