Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb

Hadisə
  • 17 oktyabr, 2018
  • 11:49
Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb
Report

Qax. 17 oktyabr. REPORT.AZ/ Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib. 

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz yığan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb. 

Faktla bağlı araşdırma aparılır.