Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdirib
Hadisə
- 11 fevral, 2018
- 20:25
Bakı. 12 fevral. REPORT.AZ/ Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdirib.
“Report” xəbər verir ki, bu səbəbdən magistralın Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissələrində avtomobillərin hərəkəti üçün problemlər yaranıb.
Yol Patrul Xidməti əməkdaşları çətin hava şəraitində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə magistralın sözügedən rayonların ərazisindən keçən hissələrində gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Dumanlı hava şəraiti səbəbindən bəzi nəqliyyat vasitələrinin sürücüləri avtombili yolun hərəkət hissəsindən kənara çəkərək saxlayıblar.
Hazırda yolda hərəkət sürəti 20-30 km/saat təşkil edir. Dumanlı hava şəraiti davam etməkdədir.
Son xəbərlər
12:47
FT: ABŞ Hörmüzdəki minaları dörd ay ərzində gecələr təmizləyib
Digər ölkələr12:41
PROQNOZ: Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:34
İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb
Digər ölkələr12:27
"Fars": İran ABŞ-yə qarşı sanksiyalar tətbiq etməyə başlayıb
Region12:07
"Barselona" 17 yaşlı ingiltərəli futbolçu Ceremi Monqa ilə maraqlanır
Futbol12:03
Kabo Verdedə avtobus uçuruma yuvarlanıb, 22 nəfər həlak olub
Digər ölkələr11:43
Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Digər ölkələr11:30
İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
Xarici siyasət11:26