Qardaşı oğlunun darvazasına atəş açan şəxs saxlanılıb

Hadisə
  • 01 may, 2018
  • 09:08
Qardaşı oğlunun darvazasına atəş açan şəxs saxlanılıb

Bakı. 1 may. REPORT.AZ/ Aprelin 30-da Bərdə rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. 

Bu barədə "Report" a DİN mətbuat xidmətindən məlumat verilib.

Baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.