Prokuror ləğv olunmuş bankın rəhbər şəxslərinə cəza istəyib

Hadisə
  • 25 fevral, 2022
  • 07:01
Prokuror ləğv olunmuş bankın rəhbər şəxslərinə cəza istəyib

Prokuror ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Camın 14 il və atası, bankın Müşahidə Şurasının sabiq sədri Əli Camın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report" xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, beynəlxalq axtarışda olmuş F.Cam 2020-ci ilin aprel ayında xarici ölkələrin birində saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.

Bankın Müşahidə Şurasının sabiq sədri olmuş Ə.Camın barəsində isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham irəli sürülüb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub.