Prokuror Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirən qadına cəza istəyib

Hadisə
  • 18 oktyabr, 2018
  • 08:18
Prokuror Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirən qadına cəza istəyib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında qadının 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzaları tapılıb. 

44 - Tezliklə