Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb
Hadisə
- 19 avqust, 2025
- 08:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.
Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
19:30
Foto
"Sükut içində addımlar" sənədli filminin təqdimatı olub
Mədəniyyət siyasəti
19:29
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub
Maliyyə
19:29
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Xarici siyasət
19:24
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Xarici siyasət
19:23
Azərbaycan təmsilçisi Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
Fərdi
19:18
Hörmüz boğazının şərqində 2 tanker alışıb
Digər ölkələr
19:07
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Fərdi
19:07
Foto
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Ekologiya
19:05
Alen Berse: Avropa Şurası Gürcüstanla dialoq və əməkdaşlığı davam etdirəcək
Digər ölkələr