​Piyada qadını vurub öldürən sürücü hadisə yerindən qaçıb

Hadisə
  • 10 avqust, 2015
  • 10:30
​Piyada qadını vurub öldürən sürücü hadisə yerindən qaçıb

Bakı. 10 avqust. REPORT.AZ/ Göyçay şəhərində avtomobil piyadanı vuraraq öldürüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, avqustun 10-da saat 01 radələrində Göyçay şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Əhmədova vurulub və o, hadisə yerində ölüb.

Göyçay Rayon Polis Şöbəsində (RPŞ) əməliyyat-axtarış tədbirləri aparılır.