Oğuzda qonşusunu güllələyən şəxsin məhkəməsi başlayır
Hadisə
- 30 iyul, 2020
- 14:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz rayonunda qonşusunu güllələyərək öldürməkdə təqsirləndirilən Zərqəm Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Oğuzun Kərimli kəndində qeydə alınıb. Kənd sakini Məsimov Zərqəm Məmməd oğlu qonşusu, 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayevi “Tula” markalı ov tüfəngi ilə güllələyib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.
Son xəbərlər
19:11
Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək
Digər ölkələr19:02
"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komanda ikinci oyunda daha inamlı idi"
Komanda18:50
İsrail ordusu HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr18:46
Fərid Qayıbov: "Həndbol klublarına maddi dəstək yoxdur"
Komanda18:31
Foto
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
Komanda18:23
Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
Formula 118:19
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib, 32 mindən çox şübhəli həbs olunub
Region18:08
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib
Daxili siyasət18:01