Oğuzda güclü külək fəsadlar yaradıb
Hadisə
- 28 mart, 2022
- 09:19
Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar yaradıb.
"Report"un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən Şimal-qərb bölgəsində davam edən güclü külək rayonun ən böyük kəndi olan Xaçmaz kəndində iri gövdəli ağacları kökündən qopararaq qaz xətlərinin üzərinə aşırıb.
Güclü külək elektrik dirəklərini də aşırıb və elektrik xətləri yararsız hala salıb.
Nəticədə 10 000-ə yaxın əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.
Qeyd edək ki, bölgədə küləkli hava davam edir.
Son xəbərlər
15:59
Ramin Məmmədov: Sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir
Din15:57
Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Fərdi15:46
Emin Əmrullayev: Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq
Elm və təhsil15:42
Kubanıçbek Ömüralıyev: Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi sərvətidir
Din15:42
Nazir: Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
Elm və təhsil15:41
Nazir: Şagirdlər üçün avtobus xidmətini ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq
Elm və təhsil15:40
U-17-nin baş məşqçisi Xanlar Əliyev: "Toplanışda itirdiklərimizdən çox qazandıq"
Futbol15:39
Video
Bakıda "Beer & Food Festival 2026" keçiriləcək
Sosial müdafiə15:34