Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Hadisə
  • 08 sentyabr, 2015
  • 14:20
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərhad Əliyev, Taleh Hüseynov və Elçin İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib.

Qeyd edək ki, F.Əliyev, T.Hüseynov və E.İsgəndərov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunurlar. 

44 - Tezliklə