Nəqliyyat üzrə ekspert "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edib 

Hadisə
  • 07 iyun, 2022
  • 10:41
Nəqliyyat üzrə ekspert Formula 1 ilə bağlı vətəndaşlara müraciət edib 

"Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar aidiyyəti qurumlar vətəndaşlara dəfələrlə çağırışlar, tövsiyələr verir. Onların əksəriyyəti vətəndaşların rahatlığı, mənzil başına rahat və təhlükəsiz çatmaları ilə bağlıdır".

Bu fikirləri "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edərkən deyib.

O bildirib ki, Dövlət Yol Polisinin əməkdaşları mütəmadi olaraq bu barədə məlumatlar verirlər, ictimai nəqliyyatın istiqaməti dəyişirsə, xəbərdarlıq edilir:

Elməddin Muradlı

"Gündəlik şəhər ərazisində sıxlıq və tıxaclar barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən vətəndaşlara məlumatlar çatdırılır. Sistemli informasiya təminatı var. Bunu alqışlayıram".

"Bu tədbir ümumilikdə ənənəyə çevrilib. Vətəndaşların iki həftəlik təmkinli olması yaxşı olardı. Bu, ölkəmizin dünyada tanıdılması üçün səmərəli tədbirdir. Dünyada bu tədbirə əvvəlkilərdən daha böyük maraq göstərildiyini nəzərə alaraq, hər birimiz "Formula 1" yarışlarının rahat və təhlükəsiz keçirilməsi üçün əlimizdən gələni etməliyik", - ekspert vurğulayıb.