Neftçalada motosikl piyadanı vurub
Hadisə
- 26 avqust, 2016
- 04:31
Neftçala. 26 avqust. REPORT.AZ/ Neftçala rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 51 yaşlı Azər Həsən oğlu Salahov evə qayıdarkən onu motosikl vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Salahov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım alan yaralı xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
21:05
"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqlayıb
Futbol21:03
Gürcüstanlı aparıcı: İndi tamamilə fərqli bir Azərbaycan görürəm
Qarabağ20:53
Floridada təyyarə qəzasında 2 nəfər ölüb
Digər ölkələr20:34
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir
Digər ölkələr20:30
"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
Komanda20:21
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
Futbol20:13
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır
Media20:06
Gürcü jurnalist: Qarabağda aparılan bərpa işləri məni valeh edib
Qarabağ19:51