Neftçalada ev yanıb, kişi meyiti aşkarlanıb
Hadisə
- 04 noyabr, 2024
- 04:23
Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Meyitin 1960-cı il təvəllüdlü Xanməmmədov Məhəmməd Böyükağa oğluna məxsus olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:46
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
Digər ölkələr10:43
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
İKT10:42
KTN-də Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
ASK10:39
Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək
Mədəniyyət siyasəti10:39
Foto
Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilir
Din10:37
DSMF 8 ayda 146 mindən çox elektron arayış verib
Maliyyə10:36
Şlapaçenko: COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb
Ekologiya10:33
Kristian Mensa: Mövcud iqlim problemlərinin həllini COP100-ə qədər təxirə salmaq olmaz
Ekologiya10:33