Neftçalada dənizdə batan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 24 iyul, 2019
  • 14:08
Neftçalada dənizdə batan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Neftçala rayonunda dənizdə batan şəxslərin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində baş verib.

Rayonun Həsənabad qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Fariz Alkişiyev, 1990-cı il təvəllüdlü Fərid Babayev və 1992-ci il təvəllüdlü Şəhriyar Nəcəfov Xəzər dənizində çimərkən batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Dalğıc axtarış qrupu cəlb olunub.


***17:24

Neftçala rayonunda dənizdə 3 nəfər batıb.

"Report" xəbər verir ki, yerli bürosu qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.