Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib

Hadisə
  • 17 noyabr, 2026
  • 12:57
Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib

Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.