Nazir: “Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib”

Hadisə
  • 22 yanvar, 2020
  • 13:09
Nazir: “Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib”

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb.

"Report"un xəbərinə görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib. 

44 - Tezliklə