“Nataxtari” limonadları satan şirkətin əməkdaşı məhkəmədən vaxt istəyib

Hadisə
  • 01 iyun, 2016
  • 07:27
“Nataxtari” limonadları satan şirkətin əməkdaşı məhkəmədən vaxt istəyib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Orxan Siyabovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror O.Siyabovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, O.Siyabov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham edilir. Onun 15 min manatdan çox pulu mənimsədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.