Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Hadisə
  • 29 noyabr, 2017
  • 15:56
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı” təsdiq edilib.

  1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı
Sıra№-siPrekursorun adıXeyli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri Külli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri
1. Antranil turşusu2500 qram25000 qram
2. Aseton50 litr200 litr
3. Erqotamin0,3 qram3 qram
4. Efedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə

saxlanılmır)

25 qram5000 qram
5. Etil efiri20 litr200 litr
6. Erqometrin (erqonovin)0,3 qram3 qram
7. Fenilsirkə turşusu1000 qram10000 qram
8. Xlorid turşusu100 litr1000 litr
9. İzosafrol500 qram5000 qram
10. Kalium permanqanat500 qram3000 qram
11. Lizergin turşusu0,1 qram1 qram
12. Metiletilketon (MEK)20 litr200 litr
13. Norefedrin25 qram5000 qram
14. N-asetilantranil turşusu300 qram3000 qram
15. Piperonal20 qram200 qram
16. Psevdoefedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində

nəzarətdə saxlanılmır)

25 qram5000 qram
17. Piperidin20 qram200 qram
18. Sirkə turşusunun anhidridi100 qram5000 qram
19. Safrol500 qram5000 qram
20. Sulfat turşusu100 litr1000 litr
21. Toluol100 litr1000 litr
22. 1-Fenil-2-propanon10 qram2000 qram
23. 3,4-metilendioksifenil- 2-propanon10 qram2000 qram

Qeyd. Bu Siyahıda göstərilən miqdarlar həmin prekursorların duzlarına (belə duzların mövcudluğu mümkün olduğu halda) da aiddir.

44 filmi