​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Hadisə
  • 04 mart, 2016
  • 09:13
​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968-ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Ağalarov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 qram narkotik maddə aşkarlanıb. R.Ağalarov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham olunub.