Naftalanda fəhlə iş zamanı ölüb
Hadisə
- 09 yanvar, 2018
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naftalan. 9 yanvar. REPORT.AZ/ Naftalan şəhərində otel tikintisində işləyən fəhlə iş zamanı ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, orada işləyən Goranboy rayon Əlirzalı kənd sakini, 1975-ci il təvəllüdlü İlqar Qaryağdı oğlu Sərdarovun halı qəfildən pisləşib və dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşı və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı fəhlənin infarkt keçirərək öldüyü məlum olub.
Mərhumun yaxınlarının dediyinə görə, əvvəllər də İ.Sərdarovun səhhətində problemlər olub və xəstəxanaya müraciət edib. Həkimlər isə ona ağır işdən uzaqlaşmasını məsləhət görüblərmiş.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol