Müzəffər Baxışov Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib

Hadisə
  • 01 aprel, 2016
  • 13:15
Müzəffər Baxışov Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib

Bakı. 1 aprel. REPORT.AZ/ Vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.

“Report”un xəbərinə görə, bununla bağlı VK-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman VK-ya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib. Qərara əsasən, VK iş üzrə müvafiq qaydada məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, M.Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb.