İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir"
- 26 sentyabr, 2026
- 09:25
Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazisinin 100 %-i isə elektrik enerjisi ilə təchiz olunub: "Üstəlik, elektrik enerjisini ixrac edirik".
İlham Əliyev qeyd edib ki, ölkədə dəmir yolu xətləri çəkilir, Bakı Beynəlxalq Dəniz Limanı genişləndirilir: "Yəni Azərbaycanda daxili infrastrukturla vəziyyət yaxşıdır. İnvestorlara transmilli maraqlara xidmət edən infrastruktur layihələri maraqlı ola bilər. İlk növbədə söhbət nəqliyyat, logistika, fiziki infrastruktur, proqram təminatı ilə bağlı infrastrukturlardan gedir".