Mixeil Saakaşvili tərəfdarlarının Tbilisinin "Azadlıq" meydanına doğru yürüşü başlayıb - ƏLAVƏ OLUNUB

Hadisə
  • 06 dekabr, 2017
  • 10:13
Mixeil Saakaşvili tərəfdarlarının Tbilisinin Azadlıq meydanına doğru yürüşü başlayıb - ƏLAVƏ OLUNUB
Report

Tbilisi. 6 dekabr. REPORT.AZ/ Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvünün ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin müdafiəsi üçün Tbilisidə keçirdiyi dəstək aksiyası yürüşlə davam edir.  

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçılarının paytaxtın "Azadlıq" meydanına doğru yürüşü başlayıb. 

Ərazidə nəqliyyatın hərəkəti iflic olub.

***

Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvü, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə dəstək aksiyası keçirirlər. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Rustaveli" metro stansiyasınin qarşısına toplaşmıs 500-dək insan Ukrayna hökümətindən M.Saakaşvilinin təqibinə son qoymağı tələb edib, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb ediblər. 

Aksiya iştirakçıları M.Saakaşvilinin Ukraynada təqib olunmasında Gürcüstan hökumətini də günahlandırıblar. 

Havanın yağmurlu və soyuq olmasına baxmayaraq, aksiyaya gələnlərin sayı artır.

44 - Tezliklə